Bakıda hündürmərtəbəli binada yanğın başlayıb

Bakıda hündürmərtəbəli binada yanğın başlayıb.


APA xəbər verir ki, ilkin məlumata əsasən, Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi 15/21 ünvanında 18 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində mənzil yanır.


Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.