Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ölkədə baş verən zəlzələ barəsində rəsmi məlumat yayıb.
Xidmətdən Oxu.Az-a bildirilib ki, zəlzələ yerli vaxtla saat 23:48-də Ağdam ərazisində qeydə alınıb.
Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub.
Yeraltı təkanlar yerin 25 km dərinliyində 5.7 maqnituda olub.
00:09
Azərbaycanın Qərb və Şimal-qərb zonalarında güclü zəlzələ baş verib.
Sakinlərin Oxu.Az-a verdikləri məlumata görə, yeraltı təkanlar saat 23:45-də Mingəçevir, Bərdə, Ağdam, Şəmkir, Göygöl, Zərdab rayonlarında hiss olunub.
Bəzi rayonlarda elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
İlkin ehtimala görə, zəlzələnin gücü 5,1 bal olub.