Baş verən zəlzələ nəticəsində Tərtər rayonunda 3 ev uçub.
AzBaku.info xəbər verir ki, bu barədə Trend-ə Tərtər rayon icra başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Ramiz Şabanov məlumat verib.
Komissiya sədri bildirib ki, rayonun İsmayılbəyli və Evoğlu kəndlərində 3 ev və bir mal tövləsi uçub, 6 evə isə ziyan dəyib: "Hələlik dəqiqləşdirmələr aparılır. Ziyan dəyən evlərin sayı arta bilər".