Tolik: "Bu gün toy edib, sabah gedirlər kişi sevgililərinin yanına"- VİDEOMÜSAHİBƏ

AZBAKU.ORG xəbər verir ki "AZXEBER.COM"-un "Nazimlə Tez-bazar" rubrikasının qonağı tanınmış aparıcı-produser Tarix Əliyevdir.

Rubrikada məşhur şəxslər onlara verilən qısa sözləri tamamlamalıdırlar.

Tolik qısa müsahibəsində bir çox məsələlərə aydınlıq gətirdi.

O şəxsi həyatından, sənətindən danışıb.

Həmin süjeti təqdim edirik:


- Geylər şou-biznesdə...
- Çoxdur və onlar efirdə qəhrəmandırlar. Mənim redaktorum Amerikada yaşayan yerli modellə iş birliyi var. Tanıdığımız əməkdar kişi müğənnimiz ona direktə yazmışdır. Axırda 18 şəkillər istəmişdi. O adam efirdə isə özünə kişi deyir.

- Kişi ilə sevgi yaşayan kişi müğənnilərə demək istəyirəm ki...
- Allah sevgililərinizin qapısını açsın. Bəlkə ürəyinizdə olan arzularınız çin olar. Çox çalışdız ki, bir şey alınsın amma alınmadı.

- Əməliyyatdan sonra məni tənqid edənlərə demək istəyirəm ki...
- Mən popoliftinq əməliyyatı etdirməmişəm. Bəzi kişilər kimi o əməliyyatı edib dar şalvarlar geyinmirəm. Mən qarnımdan və sinəmdən əməliyyat olunmuşam.

- Məmur övladları ilə tanışlığım...
- Bəli var. Bəzi aparıcı və müğənnilər kimi onların gecə həyatının əyləncəsini təşkil etmirəm. Onların ya özlərinin, ya da qohumların toyunu təşkil edirəm. Başqaları kimi onları hansısa müğənni ilə tanış etmirəm.

- İndiki gənc xanım müğənnilər...
- Şou-biznesə gəlirlər ki, ya özlərinə "həci" tapsınlar, ya da tanınmış olub pul qazansınlar. Sənət üçün gələnlər 30 faizidir.

- Qadın müğənnilər ona görə ailə dağıdır ki...
- O kişinin ağlı yoxdur ona görə. Onlar həmin kişinin pulundan istifadə edəcəklər. Süd verən inək kimi sağacaqlar. Sonra həmin kişi vəzifədən gedib, müflis olanda gedib başqa kişi tapacaqlar.

- Aparıcı olduqdan sonra özümə qoyduğum qadağa...
- Bəzi insanlarla görünməmək və tədbirlərə az getmək. Bu o demək deyil ki, yekəxanalıq edirəm. Düşünürəm ki, nə qədər az görünsən, bir o qədər də hörmətli olasan.

- Mənim verilişim digər səhər verilişlərindən...
- Fərqlidir. Qabaqcadan nəsə planlaşdırmıram. İnsanları neqativə yükləmirəm. Çalışıram ki, hər şey səmimi olsun. Bəzi naftalin verilişlər var ki, 5 il bundan əvvəl olan söhbəti efirdə edirlər. Buna çox gülürəm.

- Produser Toliki aparıcı olduqdan sonra çox tənqid etdilər. Həmin adamlara demək istəyirəm ki...
- Sizin atdığınız o daşlarla özümə saray tikdim. Tənqidlərin yaxşılarını götürdüm, pislərə isə heç fikir vermədim.

- Ailə qurmağı...
- Çox istəyirəm. Allah qismət edər. Bəzi kişi müğənni və aparıcılar kimi tənqid olan kimi gedib evlənmirəm. Desinlər ki, bu kişidir, ailəsi var. Axşam elə həmin kişi gedib, başqa kişi ilə görüşür. Ona görə də sanballı ailə qurmaq lazımdır.

- Ata olmaq mənim üçün...
- Mənim üçün şərəf olar. O atalığı da şərəfli etməliyəm.

- Şou-biznesin indiki halı...
- Çox bərbaddır. Şou-biznesi bir bazara bənzədirəm. SSRİ-nin dağılmasına bənzədirəm. İndi gələnlər də ya kişi biznesidir, ya da toyxana biznesi. İndi təzə-təzə konsertlər dirçəlir.

-Verilişdə başıma gələn maraqlı hadisə...
- Ən çox başıma gəlmək istəmədiyim hadisələr oldu. Etikadan kənar ifadə işlətdim, bundan da ətrafımda olan insanlar əleyhimə istifadə etdilər. Xalqım məni gözəl anladı. Hər evdə elə söz-söhbət olur. Əsas xalqın gözündən düşəsi hərəkətim olmasın.

- İndiki Tolik...
- 3 il bundan əvvəlki Tolik ilə arasında çox fərq var. "İnstagram"ın canlı yayımlarında daha az söyüş söyür. Yavaş-yavaş ağıllanmışam.

- İndiki ağlım olsaydı...
- Ağlım olsaydı bəzi insanlarla dostluq etməzdim. Onları evimə buraxıb, evlərinə getmişəm. Kaş ki, satqın dosltarımı tanımazdım.

- Başqa TV-lərdən mənə təklif...
- Gəlməyinə gəlməyib. Amma indi peşmandırlar. Mən işlədiyim kanaldan razıyam.

- Tolik yoxsa Tarix?
-Tolik adı mənə daha uğur gətirdi. Düşünürəm ki, Tolik adı ilə tarixdə qalacam.

- Sözün əsl mənasında trenddə olan müğənni
- Mənim üçün əsl trend Sami Yusifin mahnısı idi. 1 həftə trenddə qaldı. Trendə layiq müğənnilərimiz çoxdur. Amma indi trenddə zir-zibillər çoxdur.

- Özümə rəqib görüdüyüm aparıcı...
- Sadəcə Nanə Ağamalıyevanı özümə rəqib görürəm.

- Bəs prodüser kimi...
- İndi prodüser kimi fəaliyyət göstərmirəm. Amma fəaliyyət göstərəndə də heç kimi özümə rəqib görmürdüm.

- Çalışdığım müğənnilər içərisində ən çalışqanı..
- Röya, Aygün Kazımoiva, Sevda Yəhyəyeva, Sevil-Sevincdir. Ən tənbəli Elton, Səidə Sultandır.

- Aparıcı olmasaydım...
- Yenə də sizə qan uddura biləcəkdim.

- Efirimə qadağa qoyduğum müğənni...
- Elə bir müğənni yoxdur. Vaxtı ilə efirdə paket var idi, alırdılar. Kənardan elə bilirdilər ki, mən onları dəvət etmişəm.

- Efirimdə görmək istədiyim müğənni...
- Aygün Kazımova, Xumar Qədimova, Flora Kərimova, Akif İslamzadə. Tək gələnləri görmək istəmirəm.

- Dediyim sözə görə məni hədələyən insan...
- Müğənnilərdən heç kim olmayıb. Natavanla aramızda söhbət oldu, məhkəməyə verdi sonda da sülhlə bitdi.

- Həyatda ən böyük səhvim..
- O səhvlər bəlkə də öz şəxsi həyatımla bağlıdır. Allah bağışlayandır. Əsas müğənnilərin yanında səhvim olmasın.

- Ruhi mənim üçün...
- Çox əzizdir. Qızım olsa adını Ruhi qoyacam. Dostlarım içündə ən yaxınıdır. Onu da puluna görə yox, özünə görə hörmət edirəm.

- Reytinq mənim üçün...
- Reytinq mənim üçün xalqın sevgisidir. Xalqın yanında olanda xoş söz eşidim, bu mənə bəsdir. Bu gün səhər verilişləri içində ən çox sponsoru olan mənəm.