Prezident onun üçün xüsusi kreslo qoyulmasına irad bildirdi: “Adi stul yoxdur?” - VİDEO

“Mənə belə xüsusi kreslo qoymusunuz, adi stuldan yoxdur? Götürün. Belə şeylərə yol vermək olmaz. Qətiyyən”.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında “ASAN xidmət” könüllüləri və əməkdaşları ilə görüşündə deyib.Ölkə başçısı onun üçün qoyulmuş xüsusi kresloya irad bildirərək, onu adi stulla əvəzlədib.