Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Milli Məclisə seçkilərin nəticələrinin yoxlanılması və təsdiqlənməsi üzrə iclasında qərar çıxarılıb.
AzBaku.org-ın məlumatına görə, qərara əsasən, parlament seçkilərinin nəticələri təsdiqlənib.
Qeyd edək ki, qanunvericiliyə görə, qərardan sonra bir həftə müddətində yeni çağırış Milli Məclisin ilk iclası keçirilməlidir.
Xatırladaq ki, bu ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçirilib.
Seçkilərlə əlaqədar 33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 74 saylı Lənkəran Kənd və 80 saylı İmişli-Beyləqan Seçki dairələrinin nəticələri etibarsız sayılıb.