Bakıda fəhlə liftin şaxtasına düşərək ölüb

Bakıda fəhlə faciəli şəkildə ölüb.

APA-nın məlumatına görə, Yasamal rayonu H. Zərdabi küçəsində tikilməkdə olan hündürmərtəbəli binada fəhlə işləyən, 1966-cı il təvəllüdlü Əlövsət Xəlilov liftin şaxtasına düşüb.

Ə. Xəlilov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 222.3-cü (tikintidə təhlükəsizlik qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Sosial səhifələrdə paylaş