Bakıda 47 yaşlı kişi sükan arxasında infarkt keçirərək ölüb - FOTO/VİDEO

Bakının Xətai rayonunda sürücü sükan arxasında qəfildən ölüb.

APA-nın məlumatına görə, hadisə Nobel prospektində qeydə alınıb.

1973-cü il təvəllüdlü Tariyel Əliyev “Mercedes” markalı avtomaşınla hərəkətdə olan zaman qəfildən sükan arxasında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunsa da, onun artıq vəfat etdiyi məlum olub.

Həkimlərin ilkin müayinəsi zamanı T.Əliyevin ürəktutmasından keçindiyi dəqiqləşdirilib.

Faktla bağlı araşdırma aparılır.