Əyləncə mərkəzinə silahlı hücum - 2 girov azad edildi (YENİLƏNDİ)

İngiltərə polisinin Naniton şəhərində həyata keçirdiyi əməliyyat nəticəsində silahlı şəxs tərəfindən “Bermuda-Park” əyləncə mərkəzində girov götürülən 2 nəfər azad edilib.
İnsidentlə əlaqədar bir nəfər saxlanılıb, daha bir nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir.
Hadisənin terrorla əlaqəli olmadığı qeyd edilir.
***
Britaniyada Naniton şəhərindəki əyləncə mərkəzlərindən birinə hücum edən silahlı şəxs bir neçə nəfəri girov götürüb.
Publika.az xəbər verir ki, bu barədə şahidlərə istinadən "Mirror" nəşri məlumat yayıb. Cinayətkarın tüfənglə silahlandığı bildirilir.
Yerli polis faktı təsdiqləsə də, vəziyyət haqqında ətraflı məlumat verməyib.