Hazırda Azərbaycanda 10 ümumrespublika, 13 regional, 17 kabel, 15 internet, 1 peyk televiziyası, 13 ümumrespublika və 3 regional radio fəaliyyət göstərir.
Bəs Bakı sakinləri yerli TV kanalları izləyirmi? Onların sevimli aparıcıları kimlərdir?
Oxu.Az xəbər verir ki, “ACT Azərbaycan” sorğunun nəticələrini açıqladı.
Mövzu ilə bağlı fikri öyrənilmiş 400 respondentin beşdə biri (20%) qəribə olsa da, yerli televiziya kanallarının simalarını tanımadıqlarını bildiriblər. Sualı cavablandırmaqda çətinlik çəkənlər də yetəri qədərdir (18 %).
Bəyənilən TV aparıcılar isə bunlardır :
Zaur Baxşəliyev - 12 %

Zaur Kamal - 5 %
Mətanət Əliverdiyeva - 4 %
Xoşqədəm Hidayətqızı - 4 %
İlkin Həsəni - 2 %
Afaq Gəncəli - 2 %
Vüsalə Əlizadə - 2 %
Sorğu 23-28 sentyabr tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.


