Bir çox pəhrizlərin tərəvəzləri məsləhət görməsinə baxmayaraq, onlardan elələri var ki arıqlamaq istəyən insanlar üçün bir xeyri yoxdur.
“Planet Today” xəbər verir ki, bu nəticəyə Harvard Universitetinin alimləri gəlib.
20 il ərzində davam edən sınaqlarda iştirak edən insanlar iki qrupa bölünüb.
Hər qrup üçün xüsusi qida rasiyonu hazırlanıb.
Sınaqda iştirak edən insanların bir hissəsi nişasta ilə zəngin tərəvəzlər, digəri isə əsasən göyərti ilə qidalanırdı.
Alınan nəticələrə əsasən, nişasta ilə zəngin tərəvəzlər arıqlamağa kömək etmir.
Alimlər qeyd edir ki, qida rasiyonunda bu tərəvəzlərin azaldılması sağlamlığa təhlükə yaratmır.
Beləliklə, pəhriz tutan insanlar üçün kartof, lobya, qarğıdalı və noxud kimi tərəvəzlər bir xeyir vermir.
Alimlər onlardan birdəfəlik imtina etməyi məsləhət görməsə də, rasiyonda saylarının azaldılmasını tövsiyyə edirlər.
Bizimlə əlaqə saxlayın