Azərbaycanda növbəti yeraltı təkan baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 17:27-də Ağdam ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
***
17:46
Azərbaycanda növbəti dəfə zəlzələ olub.
AzBaku.info-nun məlumatına görə, Report-un bölgə müxbirləri xəbər verir ki, təkanlar Bərdə, Yevlax, Mingəçevir və digər rayonlarda hiss edilib.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib ki, Azərbaycandakı zəlzələnin gücü 5 bala yaxın olub: "Zəlzələ Ağdam və Bərdədə olub. Zəlzələnin maqnitudası 4,7 olub".