ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) iki dəqiqədə nəticə verən koronavirus testinin istifadəsinə razılıq verib.
Bu barədə “HaberGlobal” məlumat yayıb.
Bildirilir ki, test Los-Anceles şəhərində yerləşən “Bodysphere” şirkəti tərəfindən hazırlanıb. O da vurğulanıb ki, yoxlamalar ancaq tibb işçiləri tərəfindən həyata keçirilə bilər.
Şirkətdən bildirilib ki, testin epidemiyanın daha çox yayıldığı bölgələrə göndərilməsi üçün federal və yerli nümayəndələrlə əməkdaşlıq edilir.