Biləsuvar rayonunda naməlum səbəbdən ölüm hadisəsi baş verib.
Report-un məlumatına görə, hadisə rayonun Amankənd kəndində baş verib.
Kənd sakini, 2002-ci il təvəllüdlü Aqşin Məmmədov yaşadığı evdə qəfildən vəfat edib. Onun hansı səbəbdən öldüyü məlum deyil.
Məlumata görə, mərhum Azərbaycan Texniki Universitetinin birinci kurs tələbəsi olub.
Faktla bağlı araşdırma aparılır.