Koronavirus testi müsbət çıxan Böyük Britaniyanın baş naziri Boris Conson tibb işçilərini alqışlamaq üçün özünü təcrid etdiyi evinin önünə çıxıb. Lakin onun halsız görünüşü diqqətlərdən yayınmayıb.
Bu barədə “HaberGlobal” məlumat yayıb.
Qeyd edək ki, Consonun karantin müddəti dünən bitməli idi, lakin mütəxəssislər təcrid müddətinin uzadılması barədə qərar veriblər.