“Bu gün bizim üç aylıq ərzaq ehtiyatımız var. Altı aylıq müddətə də özümüzü sığortalamışıq”.
AzBaku.org -ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, ərzaqla bağlı problem olmayacaq:
“Hazırlanan Tədbirlər Planına əsasən, iqtisadi itkilərin minimallaşdırılacağı gözlənilir ki, bu da ərzaqla təminatımızın zəmanətlərindəndir”.