Dünyada koronavirusa yoluxanların sayı 1.8 milyonu keçdi

Dünya üzrə koronavirusa yoluxanların sayı 1 milyon 841 min 143 nəfərə çatıb.

Oxu.Az koronavirusla bağlı məlumatların onlayn olaraq daim yeniləndiyi “Worldometer”ə istinadən xəbər verir ki, yoluxma sayına görə ilk yerdə ABŞ (553 min 744 nəfər), ikinci yerdə İspaniya (166 min 19), üçüncü yerdə isə İtaliyadır (156 min 363).

Pandemiyanın yayıldığı Çində isə yoluxma faktı 82 min 52-dir.

Koronavirusdan dünya üzrə ölənlərin ümumi sayı 113 min 479 nəfərdir.