ABŞ-a güclü qasırğa: ölənlər və xeyli dağıntı var

Güclü qasırğa ABŞ-ın cənub-şərqindəki ştatlarından keçib və ciddi dağıntıya səbəb olub. Nəticədə altı nəfər həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı CNN telekanalı yayıb.

Qasırğanın ilk zərbəsi Missisipi və Luiziana ştatlarına düşüb. Covington, Soso və Jones əyalətlərinə ciddi ziyan dəyib. Xüsusilə, Jonesdə təcili yardım idarəsi ölən və yaralıların dəqiq sayının hələ təyin edilmədiyini söyləyir.

Qasırğa evləri dağıdıb, avtomobilləri zədələyib.

Yerli vaxtla 21: 30-a olan məlumata görə, Luiziana və Missisipi ştatlarında 25-dən çox qasırğa qeydə alınıb, bunların ən güclüsü saatda 320 km sürətə çatıb. Texasda qeydə alınan digər bir qasırğa Austindən 50 kilometr aralıdan keçib.

Georgia, Alabama, Tennessi ştatlarında fırtınalı hava müşahidə edilib.

Ümumilikdə bazar və bazar ertəsi günü meteoroloqlar təxminən 95 milyon insanın yaşadığı ABŞ-ın cənub-şərqindəki 20 ştat üçün qasırğa təhlükəsini təxmin edirlər.