İşıqforu gözləməyən sürücü qəza törədib – FOTO/VİDEO

Nəsimi rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

Oxu.Az xəbər verir ki, qəza Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsində qeydə alınıb.

Məlumata görə, Kənan Cəfərov idarə etdiyi “Chevrolet” markalı avtomobillə hərəkətdə olan zaman fikri yayınıb. Nəticədə o, işıqforun qırmızı işığını gözləməyərək yoluna davam edib. Bu zaman onun avtomobili əks yolda hərəkətdə olan “Lexus” markalı nəqliyyat vasitəsinə çırpılıb.
Hadisə nəticəsində Kənan Cəfərov və avtomobildə olan sərnişin xəsarət alıb. Hər iki yaralı 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Əraziyə DYP əməkdaşları cəlb olunub, avtotexniki ekspertiza təyin edilib. Faktla bağlı araşdırma aparılır.