Koronavirusla mübarizədə isti hamam nə dərəcədə effektivdir?

100 dərəcə istiliyə baxmayaraq, yüksək rütubət şəraitində virus havada və səthlərdə uzun müddət qalır.

Lenta.ru-nun məlumatına görə, rusiyalı immunoloq-allerqoloq Vladimir Volodin koronavirusla mübarizədə buxarlı hamamın təsiri haqqında danışarkən bildirib.

“Belə buxarla nəfəsalma infeksiyaya yoluxma ilə nəticələnə bilər”, - deyə o bildirib.

Onun sözlərinə görə, buxar otağında immun sistemini gücləndirmək mümkün deyil. Bununla belə, temperatur fərqləri damar tonusunu yaxşılaşdıra bilər.

Həkim koronavirusun qarşısının alınmasının alternativ üsulları ilə təcrübə aparmamağı məsləhət görüb.

“İnsanın immun sisteminin bu virusa necə reaksiya verəcəyi məlum deyil”, - deyə Volodin bildirib.

İmmunoloq ayrıca cəmiyyətdən təcridolunmanın və xarici dünya ilə əlaqə qurmaqdan imtinanın, xüsusən yaşlı insanlar üçün virusun təsirindən qorunmağın yeganə yolu olduğunu söyləyib.