İŞİD terror qruplaşmasının yeni lideri Əbu İbrahim əl Qureyşi hazırda İraq ərazisində gizlənir.
“RİA Novosti” xəbər verir ki, bu barədə İraqın “Əl-Sumaria” telekanalı məlumat yayıb.
Hazırda İraq və ABŞ xüsusi xidmət orqanları onun yerini müəyyənləşdirməyə çalışır.
Kanala açıqlama verən mənbənin sözlərinə görə, İŞİD-in martın sonlarında terror hücumlarını həyata keçirməsi onu deməyə əsas verir ki, yeni rəhbərlik qruplaşmanın qalıqları ilə əlaqəni təmin etməyi bacarıb.