Dünya gözəli seçildi

“Dünya gözəli-2017” tituluna “Hindistan gözəli” Manuşi Çxillar layiq görülüb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, Çinin Sanya şəhərində keçirilən gözəllik müsabiqəsinin qalibinə tacı “Dünya gözəli-2016” puertorikalı Stefani Del Valle təqdim edib.

İkinci yerə meksikalı Andrea Meze, üçüncü yerə isə britaniyalı Stefani Xill.

Müsabiqə 15 mərhələdən ibarət olub.