Lerik rayonunda 43 yaşlı şəxs ov tüfəngi ilə özünü güllələyib.
AzBaku.org report-a istinadən xəbər verir ki, hadisə zamanı 1977-ci il təvəllüdlü Qalib Naib oğlu Quliyev yaşadığı evin həyətində odlu silahla özünü vurub.
Yaralı Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
İntihar edən şəxs ailəli olub və Lerik Rayon İcra Hakimiyyəti aparatında humanitar şöbəsində məsləhətçisi vəzifəsində çalışıb.
İlkin məlumata görə Q.Quliyevin intiharına xeyli miqdarda borclu olması səbəb ola bilər.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır