Bakıda metro fəaliyyətini bərpa edir? - RƏSMİ

“Ölkədə koronavirus pandemiyası ilə bağlı məhdudlaşdırıcı tədbirlər yumşaldıqca, metronun da açılması məsələsinə baxıla bilər”.

AzBaku.org-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bildirib.
“İctimai nəqliyyatda sərnişinlərin və sürücülərin davranış qaydaları hazırdır və qısa zamanda müvafiq qurumlara təqdim ediləcək”, - deyə R.Bayramlı qeyd edib.