“Nə evim, nə villam bahalıdır. Sadəcə adi əşyalarla zövqlə düzəltmişəm. Adi taxta və boyadır”.
AzBaku.org xəbər verir ki, bu sözləri populyar estrada ulduzu, müğənni Zamiq Hüseynov “Xəzər” televiziyasında yayımlanan “X Maqazin” proqramında deyib.
Dəbdəbəli villasının önündə şəkillər çəkdirib onları sosial media hesabında paylaşan sənətçi nə evinin, nə də ki geyimlərinin baha olduğunu dilə gətirib:
“Nə evim, nə geyimim bahalıdır. İmkanım olur alıram, olmur almıram. Bunu çox şişirtdilər. Sosial şəbəkədə yazılanlara baxanda təəccübləndim ki, necə bahalı yaşayırmışam. Balaca bir evdir. “İnstaqram”da başlayırlar söyüş yazırlar. Yazıqlar. Bir insan ki birinə söyüş yazır, ondan nə gözləyirsiz?”