Karantin günlərində gözəllik salonlarının bağlı olması müğənni Xatirə İslamı işə salıb.
Oxu.Az xəbər verir ki, sənətçi hamamda mayor həyat yoldaşı Fəxrəddin Musayevin saçlarını kəsib.
Evinə qonaq gələn rəfiqəsi tərəfindən lentə alınan görüntülərdə Xatirə əlinə saçqırxan aləti alaraq, Fəxrəddinin karantin müddətində uzanan saçlarını kəsib.
Müğənninin atdığı bu addım izləyicilərin həm təəccübünə, həm də gülüşünə səbəb olub.