Türkiyədə koronavirusa yoluxanların sayında artım olub.
AzBaku.org xəbər verir ki, bu bardə ölkənin Səhiyyə naziri Fahrettin Koca açıqlama verib.
O bildirib ki, koronavirusdan (COVID-19) bu gün daha 99 nəfər ölüb.
Dövlət rəsmisi həmçinin qeyd edib ki, son 24 saatda 30 177 şübhəli koronavirus testindən keçib, onlardan 2357-nin cavabı pozitiv çıxıb.
Qeyd edək ki, qardaş ölkədə indiyədək koronavirusdan 2805 nəfər ölüb, ümumilikdə 110 130 nəfər infeksiyaya yoluxub.