"Metro sərnişinlərinin üzünə hər zaman açıqdır".
Bunu Qaynarinfo-ya açıqlamasında "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, metronun açılması Nazirlər Kabineti Yanında yaradılan Operativ Qərargahın qərarına bağlıdır:
"Hələ bir məlumat yoxdur. Metronun açılmasına Operativ Qərargahın qərarından asılıdır. Amma biz hər zaman hazırıq. Əsas vəzifəmiz infrastrukturu qorumaqdır".
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, əhalinin sağlamlığının təmin olunması məqsədilə "Bakı Metropoliten"ində qatarların hərəkəti 31 mart 2020-ci ildən dayandırılıb.