Nazirdən son kursda oxuyan oğlan tələbələrin hərbi çağırışı ilə bağlı AÇIQLAMA - VİDEO

“Son kurs tələbələrinin böyük hissəsi praktikada idilər. Bir çoxları praktikanı başa çatdırmayıb. Son kursda oxuyan tələbələrə xüsusi yanaşma tətbiq edilə bilər”.

AzBaku.org-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib.

Nazir qeyd edib ki, IV kursda təhsil alan oğlan tələbələrin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağırışı ilə bağlı məsələ hökumət qarşısında qaldırılacaq:

“Düşünürəm ki, bu məsələ öz həllini tapacaq”.