Nazirin müşaviri: “Tədrisin nə zaman bərpa olunacağı ilə bağlı tarix deyə bilmirik”

Tədrisin nə zaman başlayacağı ilə bağlı tez-tez sualların verilməsi indiki vəziyyətə təsir etmir”.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov bildirib.

Onun sözlərinə görə, xüsusi karantin rejiminin yumşaldılması istiqamətində ilklər sırasında insanların kütləvi toplaşdığı yerlərin açılması, o cümlədən, tədrisin bərpa olunması ola bilməz:

“Ali təhsil müəssisələri, kolleclər və məktəblərdə tədrisin nə zaman bərpa olunacağı ilə bağlı tarix açıqlaya bilmirik. Burada əsas məsələ qərarı verəndən sonra peşmanlıq çəkməməkdir.

Qərar verilən zaman virusun artmasını görəcəyiksə, yenidən karantin elan ediləcək. Bu vəziyyətin yaranmaması üçün məktəbləri tədricən açmaq məqsədəuyğundur”.

Müşavir qeyd edib ki, mart ayından başlayaraq tədrisin bərpa olunması barədə təxribat xarakterli məlumatlar paylaşılır:

“Rəsmi məlumatlara istinad edin”.