Halı pisləşən gənc relslərin üzərinə yıxıldı - VİDEO

Türkiyənin Bursa şəhərində dəhşətli hadisə baş verib. Belə ki, metro stansiyasında 21 yaşlı gəncin halı pisləşib və o, relslərin üzərinə yıxılıb.

“HaberGlobal”ın verdiyi məlumata görə, hadisə anbaan müşahidə kameraları tərəfindən qeydə alınıb.

Məlumata görə, orada olan sərnişinlər qatarın gəlməsinə az müddət qalmış gənci çıxara biliblər. O, dərhal xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, gəncin həyatını xilas etmək mümkün olmayıb.