Qonşu ölkədə daha bir təhlükə

Uzun müddətdir gündəmdə olan çəyirtkə sürülərinin hücumları Azərbaycanın qonşusu olan İranın Cənubi Xorasan vilayətindən sonra ölkənin daha altı əyalətində müşahidə edilib.

AzBaku.org xəbər verir ki, İran Bitki Mühafizə Təşkilatının sözçüsü Seyid Rza Mirin sözlərinə görə, ümumilikdə, yeddi əyalətdə çəyirtkə sürüləri ilə mübarizə aparılır.

“Bu həftə Cənubi Xorasanda ilk çəyirtkə sürüsünə qarşı mübarizə başlayıb, burada 150 hektar əraziyə pestisid səpilib. Digər əyalətlərdə 133 210 hektar ərazi dərmanlanıb”.

Çəyirtkə sürülərinin ölkənin cənub əyalətlərinə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Oman, Küveyt və Qətərdən gəldiyini qeyd edən Mir İranın Birləşmiş Millətlər Təşkilatının tabeliyində olan Qida və Əkinçilik Təşkilatının (FAO) xəbərdarlıqlarını nəzərə alaraq, bir milyon hektarlıq sahədə çəyirtkələri məhv etmək üçün mübarizəyə hazırlıq görüldüyünü bildirib.