Ölkədə imtahanların da vaxtı uzadıla bilər - RƏSMİ AÇIQLAMA

“Lisey və gimnaziyalara imtahanların vaxtı uzadıla bilər”.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Yeni” TV-nin canlı yayımında bildirib.

Onun sözlərinə görə, imtahanlar əsasən iyun ayında aparılırdı.

“Bu il də imtahanların keçirilməsi planlaşdırılır, amma əvvəlki illərdən fərqli olaraq, müddətləri dəyişməli olacağıq.

Ola bilər imtahanların vaxtı uzadılsın, vəziyyətdən asılı olaraq daha təhlükəsiz şəraitdə keçirilsin”, - deyə nazir müavini qeyd edib.[s][/s]