“Bu gündən etibarən Bakı Nəqliyyat Agentliyi tərəfindən həm daşıyıcı şirkətlərə, həm də taksi fəaliyyəti ilə məşğul olan şəxslərə sürücü kabinəsinin şəffaf örtüklə örtülməsi barədə məktub göndərilib”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
Onun sözlərinə görə, məktubda “Daewoo” markalı avtobuslarda kabinə şəffaf örtük quraşdırılması və taksilərdə şəffaf arakəsmənin olması tələbi qoyulub:
“Bu istiqamətdə işlərə başlanılıb. Onun icrası ilə bağlı məlumat veriləcək”.
“Bundan əlavə, yeni 18 metrlik avtobusları da marşrut xətlərinə buraxırıq ki, onlarda qoruma digər avtobuslara nisbətən yüksəkdir. Digər hallar da daşıyıcılar və taksi şirkətlərinin bu işi nə qədər çevik etməsindən asılıdır”, - deyə sədr qeyd edib.