İcra başçıları cəzalanacaqlarına əmin olsalar özlərini xan kimi aparmazlar-Mətanət Əsgərqızı yazır

SosialXəbər.az xəbər verir ki, müstəqil jurnalist, “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı bu günki icra başçılarının həbs olunmasından yazır.

O,qeyd edir ki, artıq DTX- nın keçirdiyi əməliyyatlardan vətəndaşlar ürəklənib, bu qurumun əməkdaşlarına dua və alqış edirlər . Nə baş verir? İllərlə insanlar həmin icra başçılarının adlarını belə dillərinə gətirmirdilər. İndi artıq bölgələrdən tələblər irəli sürülür, məsələn Bərdədən şəhid anası yazır ki, örüş yerlərimizi müxtəlif insanlara satıblar.Biz dövlətdən qanunla kəndliyə düşən örüş yerindən istifadə edə bilmirik. Başqa bir adının çəkilməsini istəməyən bərdəli deyir ki, örüş yerinin üstündə nə qədər dava düşür, polis gəlib aparır, hərədən pul alır buraxır.

Yeri gəlmişkən mən bu yazı vasitəsi ilə Daxili İşlər Naziri cənab Vilayət Eyvazova müraciət edərək məlumatlandırmaq istəyirəm ki, əməkdaşlarını belə insidentlərdə rəzillik yaşamalarından çəkindirsin. Mən Parlament 2020- də şahidi oldum ki, bizə dəstək və kömək olanları polisin əli ilə qorxudurlar .

Ağstafanın icra başçısı həbs olunandan sonra gözləyirdik ki, digər rəhbərlər də nəticə çıxararlar.Amma bu baş vermədi. Çünki onları himayə edənlər ” arxandayam” deyirlər. Əslində onları himayə edənlərdən biri Azərbaycan Respublikasının Prezidenti Administrasiyasında Zeynal Nağdəliyevdir. Eyni zamanda onun kuratorları… həmin kuratorlar hər ay rayonu təftişə gəlirlər.

Beləliklə başçıların xeyrinə yalan məlumatları cənab Prezidentə Zeynal Nağdəliyev ötürür. Bu məsələlərdə ən böyük günah da onundur.
O, icra başçıları cəzalanacaqlarına əmin olsalar özlərini xan kimi aparmazlar.Hə də, axı cənab Prezidentin iki addımlığındakı şəxs arxalarındadı. Mənə belə gəlir ki, vətəndaşların yolunu gözlədikləri qara maskalı qardaşlar ora getsinlər. Çünki birinci, dövlətə və cənab Prezidentə xəyanət edənlərdən başlamaq lazımdır. DTX- nın rəisi cənab Əli Nağıyevə və bütün əməkdaşlarına müstəqil jurnalist və Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri olaraq minnətdarlığımı bildirirəm. Dövlətinə, millətinə, Prezidentinə sadiq olan DTX əməkdaşları Var olun!