Qızının sosial şəbəkələrdən istifadəsini yasaqlayan Xalq artisti: “Uşağımı istismar etmirəm”

Qızının sosial şəbəkələrdən istifadəsini yasaqlayan Xalq artisti: “Uşağımı istismar etmirəm”











“Qızımı çox oxutdururam. Çünki ona gələcəyi üçün verdiyim var-dövlət savadıdır”.
Oxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova ARB TV-də yayımlanan “Ona qalsa” səhər şousunda qonaq olarkən deyib.
“Düzdür, yorulur, hətta qəlbində inciyir ki, onu bu qədər oxutdururam. Amma gələcəkdə bunları anlayıb, mənə təşəkkür edəcək. Ona deyirəm ki, nə istəyirsən sənin üçün edim, yalnız dərslərini oxu”.

Qızının sosial şəbəkələrdən istifadəsini yasaqlayan Xalq artisti: “Uşağımı istismar etmirəm”

Sənətçi qızı Gülərin sosial şəbəkədən istifadə etməsinə qadağa qoyduğunu etiraf edib:
“Elə bir zamana gəlib çıxdıq ki, hər şey internet və telefondadır. Mən isə bunların əleyhinəyəm. Bu, insanlarda ünsiyyətsizlik, soyuqluq yaradır. Qızımın telefon və kompüterdən hər gün istifadə etməsi məni çox əsəbiləşdirir. Bu qurğular insan səhhətinə çox ziyandır.
Qızımın “Instagram” və “Facebook”dan istifadə etməsini yasaqlamışam. Qəti şəkildə buna icazə vermirəm. Onun dünyaya baxışı tamam başqadır”.
Şairə və sözügedən verilişin aparıcısı Nazilə Səfərlinin “Kənardan qızınızı istismar etməyinizlə bağlı təəssürat yaranır” sözlərinə Xalq artisti belə reaksiya verib:
“Uşağımı istismar etmirəm. O səhərdən axşama kimi dərslərdə olur. Boş zamanı olmur. Qızımın bütün arzularını yerinə yetirirəm, ondan da istəyim dərs oxumağıdır”.

Qızının sosial şəbəkələrdən istifadəsini yasaqlayan Xalq artisti: “Uşağımı istismar etmirəm”