DSX-nin daha iki polkovniki həbs olunub?
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətinin rəisi Əfqan Hacıyevlə birgə tutulan şəxslərin adı məlum olub.
Bakupost-un məlumatına görə, Hərbi Məhkəmə tərəfindən polkovnik Vəliyev Elçin Vaqif oğlu və polkovnik Quliyev Xalis Xudamurad oğlu barəsində də həbs-qətimkan tədbiri seçilib.
E.Vəliyev Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3-cü (külli miqdarda rüşvət almada), X.Quliyev isə 312.2-ci (rüşvət vermə) maddəsi ilə ittiham olunur.
Bakı Hərbi Məhkəməsində hər iki şəxs barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.