Qəza törədən sürücü yaralı halda hadisə yerindən qaçdı - FOTO

"Opel" əvvəlcə motosikletə, daha sonra isə "Mercedes"ə çırpılıb
Yevlax-Bərdə avtomobil yolunda zəncirvari avtomobil qəzası baş verib.AzBaku.info "Report"a istinadən məlumatına görə, hadisə axşam saatlarında qeydə alınıb. Belə ki, 3 minik maşınının və 1 motosikletin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Hazırda ərazidə olan DYP əməkdaşları qəzanın başvermə səbəbini araşdırır. Yaralılar xəstəxanaya aparılıb. Qəzanda xəsarər alanlardan ikisinin kimliyi məlum olub. Onlar "Mercedes" markalı avtomobildə olan 1978-ci il təvəllüdlü Abbasov Ceyhun Əkbər oğlu və motosikletin sürücüsü, 1986-cı il təvəllüdlü Məmmədov Alim Novruz oğludur. İlkin məlumata əsasən, "Opel" markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını motosikletə, daha sonra isə "Mercedes" markalı iki avtomobilə çırpıb. Hadisə şahidlərinin sözlərinə görə, sürücü avtomobili ərazidə tərk edərək, hadisə yerindən yaralı halda uzaqlaşıb.