Dərd içində qalan ana 13 yaşlı oğluna kömək üçün fəryad edir: “Çarəsizik, nə pulumuz var, nə vaxtımız”
13 yaşlı Abbas Abbasovun kədərdən məhv olan anası kömək üçün Media.Az-a müraciət edib.
Epidemiyanın ortasında, mayın 10-da özünü pis hiss edən uşaq qabırğalarının altındakı kəskin ağrıdan şikayətlənib.
“Əvvəlcə buna o qədər də əhəmiyyət vermədim, ancaq uşağın getdikcə pisləşdiyini biləndə Təxirəsalınmaz Təcili Yardıma zəng etdim. Uşağı xəstəxanaya apardılar, ultrasəs müayinəsi edildi və analiz götürüldü, qaraciyər sirrozundan şübhələndilər. Nəticələri bir türk klinikasına göndərmək qərarına gəldik, təəssüf ki, diaqnoz təsdiqləndi”, - Şəhla Abbasova deyir.
Onun sözlərinə görə, bu gün uşaq “Mediland” hospitalındadır, vəziyyətinin yaxşılaşacağına ümid edilir. Həkim, onun təcili 60 min manata başa gələcək qaraciyər nəqli əməliyyatına ehtiyacı olduğunu deyir.
“Bizim o qədər pulumuz yoxdur. Oğlumu müalicəyə götürən həkimə təşəkkür edirəm, o, cəmi 20 min ödəməyimizi istəyib, qalanını sponsor köməyi hesabına kompensasiya edəcək. Ancaq ümidsizliyə qapılırıq, bizim nə pulumuz, nə də vaxtımız var. Dərhal əməliyyat edilməlidir”, - uşağın anası bildirir.
Qeyd edək ki, oğlan üçün artıq donor tapılıb, bu, birinci qan qrupu olan əmisi oğlu olacaq. Bütün zəruri testlər artıq verilib, təkcə lazım olan məbləği yığmaq lazımdır.
Qadın qeyd edib ki, oğlu həmişə hamının sevincinə səbəb olan ağıllı və bacarıqlı bir uşaq kimi böyüyüb. Xüsusi sağlamlıq problemi olmayıb. Demək olar ki, heç vaxt bizə şikayət etməyib, narahatlığı olmayıb. Müəyyən müddət futbolla məşğul oldu, ancaq dizi ağrıyandan sonra idmandan bir az uzaqlaşdı.
Qeyd edək ki, uşağın atası iki il əvvəl dünyasını dəyişib, anası xadimə işləyir. Evdəki kişilərdən yalnız yaşlı bir baba var. Ailə çox kasıbdır və bu qədər böyük məbləği əldə edə bilmir. Laqeyd olmayan insanların köməyi sayəsində bütün analizlərin hesabını ödəyə biliblər. Ancaq əməliyyat və reabilitasiya hələ qabaqdadır.
Qaraciyər sirrozu normal hüceyrələrin çapıq toxuma ilə əvəz olunduğu bir patologiyadır. Bu, bədənin normal fəaliyyət göstərə bilməməsinə səbəb olur. Toksinlər və safra qaraciyərdə toplanır və bütün bədəni zəhərləyir.
Bu ailəyə kömək etmək və uşağı xilas etmək istəyənlər aşağıdakı nömrələrlə əlaqə saxlaya və ya bank kartına pul köçürə bilərlər.
051 783 19 97 Şəhla Abbasova (uşağın anası)
050 724 76 53 Sahib Abbasov (uşağın babası)
Azərbaycan Beynəlxalq Bankı Hesab nömrəsi: 33881019447182965355