Azərbaycanlı müğənniyə oğlundan daha bir zərbə: “Bu qadınla görüşmək istəmirəm” - VİDEO

Azərbaycanlı müğənniyə oğlundan daha bir zərbə: “Bu qadınla görüşmək istəmirəm” - VİDEO












“Sizi ümidləndirmək istəmirəm. Özümü o qadının yerinə qoyub, oğlum mənə bir daha görüşmək istəmədiyini desəydi, çəkilərdim kənara”.
Oxu.Az xəbər verir ki, bu sözləri Dana təxəllüsü ilə şou-biznesdə tanınan müğənni Dürdanənin 18 yaşlı oğlu Murad “ATV” telekanalında yayımlanan “Bizimləsən” sosial-ictimai proqramının canlı efirinə zəng vurduğu zaman deyib.
Onun “Dürdanə ilə görüşmək istəmirəm” sözləri verilişdə iştirak edən müğənnini göz yaşlarına boğub. Həyəcandan dili-dodağı quruyan Dürdanənin reaksiyası belə olub:
“Mən sındım. Murad görüşmək istəmirsə, yenə də müəyyən bir zaman gözləyərəm. Allah ömür versin, gözləyərəm. Oğlumu nəsə saxlayır”.
Sənətçinin sözlərinə oğlu “Analıq sevgisini sizdən görməmişəm. Sizi necə sevə bilərəm? Bibilərim mənə sevgilərini göstəriblər. Amma siz göstərməmisiniz” cavabını verib.
O, fikirlərini belə tamamlayıb:
“Ötən gün düşündüm. Qərarım budur ki, gərək deyil. Bu qadınla görüşmək istəmirəm”.
Qeyd edək ki, müğənni Dürdanə canlı efirə gələrək, baldızının ailəsinin 17 ildir oğlunun onunla görüşməsinə icazə vermədiyini bildirib.