Xatun: “İş adamı söylədi ki, sənə inanmayan öz əli ilə gorunu qazar” - VİDEO
“Qayınana” mahnısını ifa etdikdən sonra ilk dəfə Moskavaya toya müğənni Nuri Sərinləndirici və Lamiyə Ələkbərqızının təşəbbüsü ilə getmişəm”.
AzBaku.org xəbər verir ki bu sözləri müğənni Xatun Əliyeva “ARB” televiziyasında yayımlanan “Söhbət var” axşam şousunda qonaq olarkən deyib.
Qalmaqallı açıqlamaları ilə şou-biznesi alt-üst edən sənətçi söhbət əsnasında böyük iş adamını telefonda söydüyünü açıqlayıb:
“Böyük bir iş adamı ilə telefonda danışdım. Söhbətimizi bitirəndən sonra dəstəyi asmağı unutmuşam və başlamışam onun barəsində ağzıma gələni danışmağa. Sən demə, o da oturub mən danışdıqlarıma qulaq asıb. Xəbər tutduqda, utandığımdan ölüb yerə girdim.
Dəstəyi götürüb çoxlu güldüm. Söylədim ki, sizin barədə fikirləşdiklərimin hamısını dedim. O da cavab olaraq “Sağ ol, bütün düzləri bildim” söylədi.
Amma onun bu hərəkətindən çox əsəbiləşdim. Görürsüz ki, mən sizlə sağollaşmışam. Dəstəyi asmayıb, niyə söhbətimə qulaq asırsız? Söhbəti fırladıb dedim ki, “Sizə ayıb olsun”.
Dedi ki, “Sənə inanmayan öz əli ilə gorunu qazar”.
Burdan da həmin şəxsə salamlarımı çatdırıram”.