ABŞ-dakı tələbələr xüsusi reyslə vətənə dönəcək

ABŞ-dakı tələbələr xüsusi reyslə vətənə dönəcək












Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən təbirlər çərçivəsində “Azərbaycan Hava Yolları” (AZAL) vasitəsilə Azərbaycan və ABŞ arasında növbəti çarter reysi həyata keçiriləcək.
Teleqraf.com xəbər verir ki, iyunun 10-da ABŞ vaxtı ilə saat 12:00-da Nyu-York şəhərinin Kennedi (JFK) Hava Limanından baş tutacaq uçuşda ABŞ-da təhsil alan və vətənə dönə bilməyən vətəndaşların təxliyəsi nəzərdə tutulur.
Çarter uçuşlar Azərbaycanın Vaşinqtondakı Səfirliyinin təşkilatçılığı ilə həyata keçirilir.
Qeyd edək ki, Nyu-Yorkdan ilk təxliyə uçuşu mart ayında baş tutub.