Özünün və övladının həyatını təhlükəyə atan ana
Ukraynanın paytaxtı Kiyevdə qadın, uşaq arabasıyla yolun hərəkət hissəsinə çıxıb. Hadisə Kiyev sakinlərindən birinin avtomobilindəki videoregistrator tərəfindən qeydə alınıb. Bu addımı atmaqla o, küçənin bir tərəfindən digərinə keçməyə çalışıb. Sürücülərin əksəriyyəti dayansalar da, videodan görünür ki, yoluna davam edənlər də olub.
Qeyd olunur ki, həmin yerdən cəmi bir neçə metr aralıda yeraltı piyada keçidi var.