Azərbaycanda daha dörd nəfər koronavirusdan öldü – 114 yeni sağalma

Azərbaycanda daha dörd nəfər koronavirusdan öldü – 114 yeni sağalma











Azərbaycanda koronavirusa yoluxduğu aşkar olunmuş 114 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 356 032 test aparılıb.