Azərbaycandan Türkiyəyə getmək istəyənlər bilet tapa bilmir - VİDEO

Azərbaycandan Türkiyəyə getmək istəyənlər bilet tapa bilmir - VİDEO













Aylardır evlərinə gedə bilməyən Türkiyə vətəndaşlarının səbr kasası artıq daşıb.
Bu gün “Türk Hava Yolları”nın ofisinin qarşısında toplaşan vətəndaşların etirazı bilet çatışmazlığınadır. Belə ki, şirkət tərəfindən onların bir hissəsi çarter reysləri ilə vətənlərinə dönsə də, 300-ə yaxın şəxs isə hələ də Azərbaycanda qalıb. Şikayətçilərin sözlərinə görə, iki gün əvvəl şirkətdən bu gün çarter reysinin təşkil olunacağı barədə məlumat verilsə də, onlara bilet satılmayıb.
Etirazçıların suallarına cavab verən “Türk Hava Yolları” aviaşirkətinin satış meneceri bildirdi ki, vətəndaşlar yalnız səfirlikdən xəbər gözləsinlər. Yeni reys təyin olunsa, onlarla əlaqə saxlanılacaq