Moskvada qar səbəbindən təcili xəbərdarlıq elan edilib

Rusiyanın Fövqəladə Hallar Nazirliyi (FHN) Moskva və Moskva vilayətində əlverişsiz hava şəraiti ilə əlaqədar təcili xəbərdarlıq edib.

AzBaku.info “Report”a istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.

“Frontal zonaların keçməsi ilə əlaqədar yaxın 1-3 saat ərzində Moskva və Moskva vilayəti üzrə bəzi yerlərdə qar yağacağı, yolların buz bağlayacağı gözlənilir”, - deyə məlumatda bildirilir.

İdarə sürücüləri ehtiyatlı olmağa çağırıb.