Azərbaycanda koronavirus xəstələrinin qablarının küçəyə atılması ilə bağlı AÇIQLAMA - YENİLƏNİB + VİDEO

Azərbaycanda koronavirus xəstələrinin qablarının küçəyə atılması ilə bağlı AÇIQLAMA - YENİLƏNİB + VİDEO











Cəlilabad Rayon İcra Hakimiyyəti koronavirusdan müalicə alanların yerləşdirildiyi Rayon Mərkəzi Xəstəxanasında insanların sağlamlığına təhlükə yaradacaq əşyaların küçəyə atılması ilə bağlı məsələyə münasibət bildirib.

Başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Həsənova Oxu.Az-a açıqlamasında faktı təsdiq edib:
“Artıq əşyalar oradan götürülüb. Əşyaların daşınması və utilizasiyası Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) tapşırılıb.

Onlara əşyaların götürülməsi və yandırılması ilə bağlı səlahiyyət verilib. Agentliyin əməkdaşları məsələyə bir az səhlənkar yanaşıb. Orada xəstə də çoxdur. Tibb işçilərinin istifadə etdiyi əşyalar yığılıb, paketlənib. O əşyalar qısa müddətə orada qalıb”.

İlhamə Əbülfət
16:45
Koronavirusdan müalicə alanların yerləşdirildiyi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında insanların sağlamlığına təhlükə yaradacaq fakt qeydə alınıb.
Unikal.org-un məlumatına görə, xəstəxanada yemək verilməsi üçün nəzərdə tutulan qablar və əşyalar sellofan kisələrə yığılaraq həyətə boşaldılıb.
Xəstəxana əməkdaşlarının hansı səbəbdən bu addımı atdığı dəqiq bilinmir.