Avropada koronavirusun yeni dalğası başlayıb
Şərqi Avropada koronavirusla bağlı vəziyyət mürəkkəbləşir.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
COVID-19-un yayılmasının yeni dalğası Bolqarıstanda, Albaniyada və keçmiş Yuqoslaviya ölkələrində təzahür edib.
Bundan başqa, cəmi bir neçə həftə əvvəl virusdan azad elan edilən Monteneqroda koronavirusa yoluxma hallarının kəskin yüksəlməsi qeyd olunub.