Azərbaycanda general-mayor və polkovnik şəhid oldu - RƏSMİ

Azərbaycanda general-mayor və polkovnik şəhid oldu - RƏSMİ











“İyulun 13-dən 14-nə keçən gecə Tovuz rayonunda şiddətli döyüşlər davam edib. Düşmənə sarsıdıcı zərbələr endirilib, yüzə qədər canlı qüvvəsi, texnikaları məhv edilib”.

Oxu.Az-ın cəbhə bölgəsində olan müxbirinin verdiyi məlumata görə, bunu Müdafiə nazirinin müavini Kərim Vəliyev Ermənistanın Tovuz rayonu istiqamətindəki təxribatları barədə keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olub.

“Bizim generallar əsgərlə çiyin-çiyinə, cəsarətlə döyüşürlər”.

K.Vəliyev əlavə edib ki, hazırda döyüşlər davam edir.