“Bu təxribat zamanı da Ermənistan iflasa uğradı” ÖZƏL-MÜNASİBƏT
Bizim güclü ordumuz var və bu ordu erməni əsgərlərini, təxribatçılarını yerində oturtdu ki, nəticədə yenə də, bu təxribat zamanı da Ermənistan iflasa uğradı. Bu sözləri SİA-ya verdiyi açıqlamasında “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayeva deyib.
İctimai Birliyin sədri vurğulayıb ki, hərbçilərimiz, igid əsgərləimizlə yanaşı, bütün Azərbaycan xalqı da həmin gün ayağa qalxmışdı və bu vətənpərvərlik ruhunun təzahürüdür.
“Toplantıda Cənab Prezident bir daha vurğuladı ki, Qarabağ Azərbaycan torpağıdır, biz torpaqlarımızı azad etməyə hər zaman hazırıq və edəcəyik də. Ermənistanın bu gün hansı halda olduğunu hər kəs bilir və orada insanların nə şəraitdə yaşadığının, dövlət daxilində çəkişmələrin, narazılıqların hansı səviyyədə olduğu da sirr deyil. Nikol Paşinyanın hiylələri, erməni toplumunun başına gətirdiyi oyunlar və bunun nəticəsi olaraq bu işğalçı ölkənin vətəndaşlarını saldığı acınacaqlı durum bütün dünya ictimaiyyətinə də bəllidir. Cənab Prezidentimizin də dediyi kimi onların, həmin o erməni təxribatçılarının, işğalçılarının Azərbaycan torpaqlarında nə işi var? Məhz bu günlərdə ermənilər tərəfindən verilən və hələ də gizlədilən çoxlu sayda itgilərin, ölümlərin səbəbi də məhz işğalçı ölkənin, Ermənistanın yürütdüyü işğalçılıq siyasətidir və bizim torpaqlarımıza, Azırbaycan torpaqlarına təcavüz etmələridir.
Bizim əsgərlərimizə Allah qüvvət versin. Biz torpaqlarımızı işğaldan azad edəcəyik. Azərbaycanın üçrəngli bayrağı Şuşada, Ağdamda, Laçında və bu gün bütün işğal altında olan rayonlarda yaxın zamanda dalğalanacaq. Torpaq, əgər uğrunda ölən varsa vətəndir, məsəli də bu arada tam yerinə düşür”, deyə Mehriban Abdullayeva bildirib.